Gürcü nazir Rusiyanın “Yuxarı Lars”da BTR yerləşdirməsinə münasibət bildirib

Gürcü nazir Rusiyanın “Yuxarı Lars”da BTR yerləşdirməsinə münasibət bildirib
# 27 sentyabr 2022 13:32 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Rusiyanın “Yuxarı Lars” gömrük keçid məntəqəsi yaxınlığına BTR yerləşdirməsinə münasibət bildirib.

APA-nın yerli bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bunun Rusiyanın daxili işi olduğunu vurğulayıb.

O, Rusiyada elan edilmiş qismən səfərbərliyin Gürcüstan üçün hərbi təcavüz təhdidi təşkil etmədiyini vurğulayıb.

C. Burçuladze əlavə edib ki, “Yuxarı Lars” da daxil olmaqla gömrük-keçid məntəqələrində nəzarət tədbirləri əlavə resurslar da cəlb edilməklə gücləndirilib.

Nazir rusiyalıların Gürcüstana kütləvi miqrasiyasının ölkə üçün hər hansı təhlükə təşkil etməsi ilə bağlı suala cavabında nəzəri olaraq risklərin hər zaman olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR