Gürcüstan Baş naziri Ermənistana səfərə gedir - YENİLƏNİB

İrakli Qaribaşvili, Nikol Paşinyan

© APA | İrakli Qaribaşvili, Nikol Paşinyan

# 12 yanvar 2023 12:03 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana işgüzar səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyanın iclasında iştirak edəcək.

Səfər çərçivəsində tərəflər arasında ikitərəfli, yüksək səviyyəli görüşlərin keçirilməsi də planlaşdırılıb.

Məlumatda bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.

***

10:48

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edəcək.

APA "armenpress"ə istinadən xəbər verir ki, Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ermənistana işgüzar səfər edəcək.

Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan və İrakli Qaribaşvilinin rəhbərliyi ilə Ermənistanla Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Baş nazirlər arasında təkbətək görüş də gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR