Gürcüstanda itkin düşən belaruslu turistlərdən ikisinin meyiti tapılıb - YENİLƏNİB

Gürcüstanda itkin düşən belaruslu turistlərdən ikisinin meyiti tapılıb - YENİLƏNİB
# 15 avqust 2019 10:47 (UTC +04:00)

Gürcüstanın Svaneti rayonunda itkin düşən turistlərdən ikisi ölü, biri isə yaralı tapılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, qurumun xilasediciləri itkin düşən turistləri Tetnuldi zirvəsində tapıb. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilib.

Turistlərin ölüm səbəbi açıqlanmayıb.

***

00.22

Gürcüstanın Sameqrelo bölgəsində - Tetnuldi dağında üç belaruslu turist itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə “TASS” agentliyinə ölkənin fövqəladə halların idarəedilməsi xidmətinin əməkdaşları məlumat verib.

“Svanetidə, Tetnuldi dağında Belarusdan olan üç turist yoxa çıxıb. Bütün mövcud qüvvələrimizdən istifadə edərək onların axtarışını həyata keçiririk”, - deyə məlumatda bildirilib.

Yerli İctimai televiziyanın məlumatına görə, itən qadın turistlərdən ikisi 60, üçüncü isə 36 yaşındadır. Onlar alpinist qrupunun tərkibində olublar və zirvəyə qalxdıqdan sonra düşərgəyə qayıdıblar. Qadınlar düşərgəyə gedən yolda itkin düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR