Gürcüstan dəmir yolları ilə xam neft daşımaları 7% artıb

Gürcüstan dəmir yolları ilə xam neft daşımaları 7% artıb
# 11 noyabr 2019 15:06 (UTC +04:00)

2019-cu ilin ilk 10 ayı ərzində Gürcüstanın dəmir yolları vasitəsi ilə 8,57 milyon ton xam neft daşınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları (Georgian Railways) şirkətinin hesabatında məlumat verilib. Hesabata görə, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanda dəmir yolu ilə ümumilikdə 64,000 konteyner (TEU) daşınıb. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 34%, 2016-cı illə müqayisədə isə iki dəfə çoxdur.

Təkcə oktyabr ayı ərzində isə bu ölkədə dəmir yolu ilə 1 milyon ton yük daşınıb ki, bu da 2019-cu ilin ayları üzrə ən yüksək göstəricidir.

2018-ci ilin oktyabr ayında isə daşınan yüklərin həcmi 825 ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR