Gürcüstan DİN nümayişlərdə dövlət çevrilişinə cəhdin olmasını araşdırır

Gürcüstan DİN nümayişlərdə dövlət çevrilişinə cəhdin olmasını araşdırır
# 04 iyul 2019 17:02 (UTC +04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Rustaveli prospektində iyunun 20-21-də baş verən nümayişlərlə əlaqədar “Konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi məqsədilə təşkilatlanma və ya qiyam” maddəsi ilə cinayət işi açıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş prokurorluğunun keçirdiyi brifinqdə məlumat verilib.

Bildirilib ki, Baş prokurorluq faktla bağlı intensiv araşdırmalar aparır və bu vaxtadək 60 nəfər araşdırmalarda dindirilib.

Bəyanatda qeyd olunub ki, intensiv araşdırmalar nümayişlərin dağıdılması zamanı güc tətbiqindən sui-istifadə hallarının olub-olmaması ilə bağlı da davam etdirilir. Bu istiqamətdə aralarında jurnalistlərin və yaralıların da olduğu 170 nəfər sorğu sual edilib. Eyni zamanda hadisənin görüntülərini əks etdirən video materiallar və fotolar araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR