Gürcüstan keçmiş Baş Qərargah rəisinin Berlində saxlanılmasını təsdiqləyib

Kalandadze

© APA | Kalandadze

# 20 dekabr 2021 12:33 (UTC +04:00)

Gürcüstan ordusunun keçmiş Baş Qərargah rəisi Giorgi Kalandadze Almaniyada saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Gürcüstan hökumətinin axtarışa verdiyi sabiq general dekabrın 19-da Berlin Hava Limanında saxlanılıb.

2012-ci ildə sabiq Prezident Mixeil Saakaşvilinin dövründə Gürcüstanın Baş Qərargah rəisi olmuş G. Kalandadzeyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz azadlıqdan məhrum etmə və işgəncə faktları üzrə cinayət işi açılıb.

Baş Prokurorluq G. Kalandadzenin ekstradisiyası üçün Almaniyaya müraciət ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR