Gürcüstan parlamenti qarşısında ardıcıl 16-cı etiraz aksiyası keçirilir

Gürcüstan parlamenti qarşısında  ardıcıl 16-cı etiraz aksiyası keçirilir
# 05 iyul 2019 20:38 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında ardıcıl 16-cı gündə etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçıların tələbləri dəyişməyib. Onlar daxili işlər naziri Giorgi Qaxariyanın istefasını və 20-21-iyun tarixlərində baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini tələb edirlər.

Təşkilatçılar bu gün keçirilən mitinqi "Azad tribuna" adlandırıblar və həm təşkilatçıların özləri, həm də sıravi vətəndaşlar bu gün tribunadan çıxış edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR