Gürcüstan patriarxlığı: "Cəmiyyətdə radikal ixtilaflı baxışlar mövcuddur" - FOTO

Gürcüstan patriarxlığı: "Cəmiyyətdə radikal ixtilaflı baxışlar mövcuddur"  - FOTO
# 18 iyun 2019 20:47 (UTC +04:00)

Gürcüstan patriarxlığında ölkədə yaşayan dini icmaların rəhbərləri ilə görüş keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan müsəlmanlarının və yəhudi icmasının nümayəndələri, eləcə də erməni kilsəsinin rəhbərləri iştirak ediblər.

Patriarxlığın mətbuat xidmətinin rəhbəri Andria Jaqmaidze bildirib ki, görüşdə dini icmalar arasında yaranan gərginliyin həll edilməsi yolları müzakirə edilib.

"Cəmiyyətdə radikal ixtilaflı baxışlar mövcuddur və bu, narahatlığa səbəb olur. Bunların hamısı sadəcə, Ortodoks kilsəsi ilə bağlı deyil. Bizim digər dinlərin nümayəndələri ilə müzakirələr aparmaq və məsələləri həll etmək üçün dioloqumuz var", - deyə A.Jaqmaidze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR