Gürcüstan Prezidentinə qarşı istintaq başlayıb

Gürcüstan Prezidentinə qarşı istintaq başlayıb
# 20 sentyabr 2019 14:43 (UTC +04:00)

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvili barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə istintaq başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq qərar “Avropalı Gürcüstan” partiyasının Baş Prokurorluğa müraciətindən sonra başladılıb.

Belə ki, prezident avqustun 28-də "Mariamoba" bayramı ilə əlaqədar 34 məhkumu əfv edib. Onlardan 3 nəfəri qətlə görə həbs olunub, bir nəfər isə beynəlxalq axtarışda olub. Prezidentin qərarı ictimaiyyət arasında narazılıq yaradıb.

Qeyd edək ki, istintaq təsdiqini taparsa, prezidenti vəzifə tutmaqdan məhrum edilməklə yanaşı, üç ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR