Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 6 faiz artıb

Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 6 faiz artıb
# 11 oktyabr 2019 15:35 (UTC +04:00)

2019-cu ilin sentyabr ayı ərzində Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 176 612 nəfər təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında məlumat verilib. Bildirilib ki, bu, ötən ilin analoji dövrü ilə müqaisədə 6 faiz və ya 9 901 nəfər çoxdur. Belə ki, ötən ilin sentyabrında bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 166 711 nəfər təşkil edib.

Sentyabr ayı ərzində Gürcüstana səfər edənlərin sayına görə Azərbaycan vətəndaşları ilk sıradadır.

Hesabat dövrü ərzində Gürcüstana Rusiyadan gələn turistlərin sayı isə ötən illə müqayisədə 18 faiz azalaraq 163 333 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR