Gürcüstana külli miqdarda qızıl keçirilməsinin qarşısı alınıb

Gürcüstana külli miqdarda qızıl keçirilməsinin qarşısı alınıb
# 16 iyul 2019 12:43 (UTC +04:00)

Gürcüstan Maliyyə Nazirliyinin əməkdaşları Qırmızı Körpü və Sarp gömrük-keçid məntəqələrindən ölkə ərazisinə bəyan edilməmiş külli miqdarda qızıl-zinət əşyalarının keçirilməsinin qarşısını alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 12, 13 və 15 iyulda baxış zamanı Azərbaycan, Gürcüstan və Ukrayna vətəndaşlarından ümumilikdə 914.29 qram olmaqla 70 min lari dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlanıb.

Saxlanılan şəxslərin 24.080.48 lari məbləğində cərimələndiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR