Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
# 15 iyul 2019 14:22 (UTC +04:00)

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ermənistan vətəndaşını saxlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Sadaxlı gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşına məxsus mikroavtobusa baxış keçirilərkən 71.3 kq radioaktiv izotoplara malik “Torium 232” maddəsi aşkar edilib.

Radioaktiv maddənin insan həyatı üçün ölümcül təsirə malik olduğu bildirilir.

Faktla bağlı Əks-Kəşfiyyat Departamenti araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR