Gürcüstanda 13-cü beynəlxalq Müdafiə və Təhlükəsizlik konfransı keçirilir

Gürcüstanda 13-cü beynəlxalq Müdafiə və Təhlükəsizlik konfransı keçirilir
  • Clock-gray 08:37
  • calendar-gray 06 Noyabr 2019

 
Batumidə 13-cü Gürcüstan Müdafiə və Təhlükəsizlik konfransı keçirilir. 

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransda Avro-Atlantik təhlükəsizlik və regional stabillik məsələlərinin müzakirə ediləcəyi bildirilib.

6-7 noyabr tarixlərində keçiriləcək tədbirdə müxtəlif ölklərdən siyasətçilər, müdafiə və təhlükəsizlik ekspertləri, QHT nümayəndələri, media təmsilçiləri və akademiya üzvlərinin iştirak edəcəyi gözlənilir. 

Konfransın açılışında Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edəcək.
 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date