Gürcüstanda ard-arda iki zəlzələ baş verib - YENİLƏNİB

Gürcüstanda ard-arda iki zəlzələ baş verib - YENİLƏNİB
# 10 sentyabr 2019 21:13 (UTC +04:00)


Gürcüstanda iki dəqiqə ərzində 2 zəlzələ baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri və Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata əsasən, 5.2 bal gücündə ilk zəlzələ 20:22-də Ermənistan-Gürcüstan sərhədinin 9 kilometrliyində, 4.2 bal gücündəki ikinci zəlzələ isə 20:24 də sərhədin 5 kilometrliyində baş verib.

***

20:39

Gürcüstanda 5 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosu Gürcüstan Yer Elmləri İnstitutu və Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Gürcüstanın Ermənistanla sərhədindən 5 km məsafədə qeydə alınıb. Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR