Gürcüstanda kütləvi qətl ittihamı ilə tutulan 85 yaşlı kişinin səhvən həbs edildiyi məlum olub

Gürcüstanda kütləvi qətl ittihamı ilə tutulan 85 yaşlı kişinin səhvən həbs edildiyi məlum olub
# 18 iyun 2019 12:02 (UTC +04:00)

Gürcüstanda 5 nəfəri öldürməklə ittiham edilərək həbs edilən 85 yaşlı kişinin günahsız olduğu bildirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Giller Endeladze məlumat verib. Bildirib ki, cinayətdə istifadə edilmiş silahda Omar Qamkerelidzenin DNT-sinə rast gəlinməyib. O, O.Qamkrelidzenin yanlışlıqla həbs edildiyini deyib.

Qeyd edək ki, hadisə mayın 3-də Gürcüstanın şərqində yerləşən Kandaura kəndində 85 yaşlı Omar Gamkerelidze oğlunu, gəlinini, həyat yoldaşını və iki qonşusunu öldürməsi ittihamı ilə həbs edilib.

Polis cinayətlə bağlı O.Gamkerelidzenin nəvəsi Nodar Gamkrelidzeni axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR