Gürcüstanda azərbaycanlıların yaşadığı kəndə su xətti çəkilir 

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndə su xətti çəkilir 
# 22 iyul 2019 14:04 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Kirəç-Muğanlı kəndində genişmiqyaslı içməli su layihəsi həyata keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, layihə çərçivəsində kəndin içməli su quyularının, nasos stansiyasının, dəmir yolu/beton su kollektoru rezervuarının, su borusu magistralının, kəndin daxili şəbəkəsinin və sayğacların quraşdırılması nəzərdə tutulub.

Layihə çərçivəsində kəndə uzunluğu 21 884 metr olan polietilen su boru xətti çəkiləcək və bununla da, 304 ailə içməli su ilə təmin olacaq.

Dəyəri 704 787 lari olan layihə rayon icra hakimiyyətinin büdcəsindən maliyyələşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR