Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda narkotik satan şəxslər tutulub

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda narkotik satan şəxslər tutulub
  • Clock-gray 11:44
  • calendar-gray 14 Avqust 2019

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli rayonunda iki narkotik alverçisi saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin direktoru Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib. Bildirilib ki, aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin sistemli şəkildə narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilib. 

“Kvemo-Kartli polisinin həyata keçirdiyi operativ  əməliyyatlar nəticəsində əvvəllər də məhkumluğu olan 2 narkotik alverçisi saxlanılıb. Araşdırmalar zamanı onların sistemli şəkildə narkotik maddələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Polis sübut olaraq onların satdığı narkotik maddələri ələ keçirib.”, - deyə  Mamuka Chelidze bildirib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date