Gürcüstanda COVID-19-dan ölənlərin sayı 12 466-ya çatıb

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 12 466-ya çatıb
# 07 dekabr 2021 10:51 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 509 yoluxma halı qeydə alınıb, 59 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 871 580, ölənlərin sayı isə 12 466 nəfərə çatıb. Virusa yoluxanlardan 813 872 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR