Gürcüstanda COVID-19-dan sağalanların sayı 910 mini keçib

Gürcüstanda COVID-19-dan sağalanların sayı 910 mini keçib
# 07 yanvar 2022 11:06 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 234 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 953 410, ölənlərin sayı isə 14 128 nəfərə çatıb.

Virusa yoluxanlardan 910 540 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR