Gürcüstanda dağda köməksiz qalan əcnəbilər xilas edilib

Gürcüstanda dağda köməksiz qalan əcnəbilər xilas edilib
# 12 iyul 2019 16:03 (UTC +04:00)

Gürcüstanda torpaq sürüşməsi səbəbi ilə 7 Norveç və 2 Gürcüstan vətəndaşı dağda köməksiz vəziyyətdə qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qurumun qaynar xidmətinə dağlıq ərazi olan Onksom rayonunun Glola kəndindən təcili yardım çağırışı edilib.

Əraziyə gələn xilasedicilər bir neçə saat çəkən xilasetmə əməliyyatından sonra turistlərin ərazidən çıxarılmasına nail olub. Xilas edilənlərin səhhətində problem olmadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR