Gürcüstanda etirazçılar Daxili İşlər nazirinin istefasını tələb edib - FOTO

Gürcüstanda etirazçılar Daxili İşlər nazirinin istefasını tələb edib - FOTO
# 06 iyul 2019 19:53 (UTC +04:00)

Gürcüstanda 17-ci gündür etiraz aksiyaları davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, Parlament binası qarşısına toplaşan etirazçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını və 20-21 iyun tarixlərində baş verən hadisələrə görə məsuliyyəti onun öz üzərinə götürməsini tələb ediblər. Mitinqə "Vahid Milli Hərəkat" partiyasının üzvləri də qoşulub.

Hazırda Tbilisinin Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR