Gürcüstanda hökümət binasına xüsusi təyinatlı polislər yerləşdirilib

Gürcüstanda hökümət binasına xüsusi təyinatlı polislər yerləşdirilib
# 25 iyun 2019 19:11 (UTC +04:00)

Gürcüstanda hökümət administrasiyasının binasına xüsusi təyinatlı polis dəstələri yerləşdirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı "Rustavi2" telekanalı yayıb.

Bildirilib ki, yüzlərlə xüsusi təyinatlı polis avtobuslarla administrasiya binasının həyətinə gətirilib. Telekanal bunu hakim "Gürcü Arzusu" partiyasının Daxili İşlər naziri Georgi Qaxariyanı istefaya göndərmək istəməməsi ilə əlaqələndirib.

Qeyd edək ki, ötən gün nümayişçilər G.Qaxariyanın istefaya getmədiyi təqdirdə nümayişlərin miqyasını daha da genişləndirəcəklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR