Gürcüstanda keçirilən “Tbilisoba” festivalında Bakı guşəsi sərgilənir - FOTO - YENİLƏNİB

Gürcüstanda keçirilən “Tbilisoba” festivalında Bakı guşəsi sərgilənir - FOTO - YENİLƏNİB
# 05 oktyabr 2019 15:42 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili “Tbilisoba” bayramı çərçivəsində yaradılmış Bakı guşəsi ilə tanış olub.

APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Prezidentini Bakı guşəsində sərgilənən eksponatlarla tanış edib.

Bundan başqa, Gürcüstanın Baş naziri Giorgi Qaxaria, Parlament sədri Arçil Talakvadze və Tbilisinin Meri Kaxa Kaladze də Bakı guşəsi ilə tanış olublar.

***

Saat 12:43

Gürcüstanda “Tbilisoba” bayramı qeyd edilir.

APA-nın yerli bürosu xəbər verir ki, artıq 40-cı ildir keçirilən bayramda bu il Azərbaycan guşəsi də fəaliyyət göstərir. Guşədə Azərbaycan musiqi alətləri, toxuculuq sənəti və kulinariya nümunələri, Azərbaycanın turizm imkanları əks olunmuş müxtəlif nəşrlər nümayiş edilir.

Qeyd edək ki, festival Tbilisinin dörd müxtəlif məkanında - Rike parkı, Leqvtaxevi dərəsi, Metexi körpüsü və Orbeliani meydanında təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR