Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu keçib
# 18 yanvar 2022 10:48 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 521 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 006 864, ölənlərin sayı isə 14 512 nəfərə çatıb. Virusa yoluxanlardan 934 667 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR