Gürcüstanda meşə yanğını olub

Gürcüstanda meşə yanğını olub
# 22 avqust 2019 17:31 (UTC +04:00)

Gürcüstanın Qori rayonunun Sakauri kəndi yaxınlığında meşə yanğını baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Şida Kartli bölgəsi üzrə yanğınsöndürmə və xilasetmə briqadaları hadisə yerinə səfərbər olunub.

Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinə məxsus helikopter də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR