Gürcüstanda Omicron ştamına yoluxanların sayı 1200-ə çatıb

Gürcüstanda Omicron ştamına yoluxanların sayı 1200-ə çatıb
# 18 yanvar 2022 11:28 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 1200-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə Omicron ştamına laborator qaydada təsdiqlənmiş yoluxma halları ölkədəki bütün yoluxma hallarını əks etdirmir və reallıqda sutkalıq yoluxma göstəricisinin yarısını Omicron ştamı təşkil edir.

Gürcüstanda Omicron ştamının daha çox paytaxt Tbilisidə yayıldığını qeyd edən T. Qabunia xəstəliyin mülayim keçdiyini, xəstəxanaya yerləşdirilənlərin göstəricisinin aşağı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR