Gürcüstanda ticarət mərkəzində yanğın olub

Gürcüstanda ticarət mərkəzində yanğın olub
# 13 sentyabr 2019 10:33 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhərində “Madagoni” Ticarət və Əyləncə Mərkəzində yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım çağırılıb.

Məlumata görə, yanğın mərkəzin lift şaxtasında qeydə alınıb. Hadisə ilə əlaqədar ticarət mərkəzinin işçiləri təxliyə edilib.

Bir nəfər tüstüdən zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR