Gürcüstanda üç yaşayış evi yanıb

Gürcüstanda üç yaşayış evi yanıb
# 14 avqust 2019 16:45 (UTC +04:00)

Gürcüstanın Adigeni rayonunun Vale kəndində üç yaşayış evində yanğın qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, evlərdən birində başlayan yanğın qısa müddətdə qonşuluqdakı digər iki evə də keçib. Yanğının söndürülməsinə 6 yanğınsöndürmə maşını və 30 yanğınsöndürən cəlb edilib.

Yanğının səbəbi məlum deyil.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR