Gürcüstanda yol işçiləri tətil elan edib

Gürcüstanda yol işçiləri tətil elan edib
# 16 avqust 2019 14:07 (UTC +04:00)

Gürcüstanın Zestaponi rayonunda magistral yol tikintisi şirkətinin 150-ə yaxın işçisi tətil elan edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, etirazçılar əmək haqqının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Etirazçıların sözlərinə görə, magistral yol tikintisini həyata keçirən Çinin Tunellər və Körpülər şirkəti işçilərin maaşlarını gecikdirir.

Şirkət nümayəndələri işçilərin tələblərinin şirkət rəhbərliyinə çatdırıldığını və tətilçilərə tezliklə cavab verəcəyini bildiriblər.

Etirazçılar əsas şüarları yerinə yetirilməyincə etirazın dayanmayacağını bildiriblər.

Qeyd edək ki, sözügedən şirkət Gürcüstanda 2019-cu ildən fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR