Gürcüstanda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Gürcüstanda yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 13 iyul 2019 15:26 (UTC +04:00)

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, yol qəzası azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda qeydə alınıb.

Qəza zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bildirilib ki, karqo xidmətinə məxsus yük maşını əvvəlcə qarşıdan gələn minik avtomobili ilə toqquşub və daha sonra yanından ötən digər avtomobillərin üstünə aşıb. Nəticədə 8 avtomobilə zərər dəydiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR