Zaqatalada baş verən zəlzələ Gürcüstanda hiss olunub

Zaqatalada baş verən zəlzələ Gürcüstanda hiss olunub
# 10 avqust 2019 11:55 (UTC +04:00)

Gürcüstanda 5.1 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri və Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentrinin Gürcüstan-Azərbaycan sərhədinin 30 kilometrliyində qeydə alındığı bildirilib.

Yeraltı təkanlar Tbilisidə də hiss olunub.

Dağıntı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu gün saat 11:35-də Zaqatalada zəlzələ olub. Zəlzələnin episentri Zaqatgala stansiyasindan 17 km cənub-qərbə - Zaqatala ərazisinə düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR