Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb

Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb
# 15 avqust 2019 13:30 (UTC +04:00)

Bu ilin iyulunda Gürcüstandan Rusiyaya şərab ixracı 27 faiz azalıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstanın şərab ixracında ən böyük paya sahib olan Rusiya bazarlarında kəskin itkilərlə üzləşməsi 2019-cu ilin yayında baş verən siyasi proseslərlə əlaqəli olub.

Agentliyin məlumatına görə, may ayında Gürcüstan Rusiyaya 4 522 250, iyunda

4 209 866, iyulda 3 550 264 şüşə şərab ixrac edib. Bu rəqəmlərə əsasən Rusiyaya şərab ixracında ötən ilin analoji dövrləri ilə müqayisədə aylar üzrə müvafiq olaraq 27, 28 və 18 faiz azalma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR