Gürcüstanın parlament binası qarşısında çadırlar qurulub

Gürcüstanın parlament binası qarşısında çadırlar qurulub
# 14 noyabr 2019 23:12 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasının miqyası genişlənib.

APA-nın yerli bürosu xəbər verir ki, etirazçılar proporsional parlament seçkiləri sistemi və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Hazırda aksiyanın keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aksiya iştirakçıları parlament binası qarşısına çadırlar qurmağa başlayıblar.

Mitinqdə çıxış edən Gürcüstanın müxalif partiya liderləri hakimiyyəti ölkənin milli maraqlarına xidmət etməməkdə günahlandırıblar. Müxalif partiya liderləri ilə yanaşı Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili də mitinqdə çıxış edib. O, ölkə prezidentini öz səlahiyyətləri daxilində hadisələrin gedişinə müsbət təsir etməyə çağırıb.

Qeyd edək ki, müxalif “Güc birlikdədir” koalisiyası noyabrın 17-də və 23-də daha geniş miqyaslı etiraz aksiyası keçirəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR