Gürcüstanın Səhiyyə naziri istefa verib

Gürcüstanın Səhiyyə naziri istefa verib
# 18 iyun 2019 12:25 (UTC +04:00)

Gürcüstanın Məcburi köçkünlər, Əmək, Səhiyyə və Sosial məsələlər naziri David Sergeenko istefa verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazir jurnalistlərə açıqlamasında məlumat verib. Bildirib ki, Baş nazir Mamuka Baxtadze istefası ilə bağlı bəyanat yayacaq.

"Biz Baş nazir Mamuka Baxtadze ilə birgə bəyanat yayacağıq. Bu uzunmüddətli müzakirələrin sonunda qəbul edilmiş bir qərardır", - deyə D.Sergeenko bildirib.

Qeyd edib ki, istefasından sonra da "Gürcü Arzusu" partiyasının tərkibində siyasi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, D.Sergeenko 2012-ci ildən bəri Səhiyyə naziri vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR