Gürcüstan Müdafiə naziri Pentaqon rəsmisi ilə görüşüb

Gürcüstan Müdafiə naziri Pentaqon rəsmisi ilə görüşüb
  • Clock-gray 11:03
  • calendar-gray 11 Sentyabr 2019

Gürcüstanın yeni Müdafiə naziri İrakli Qaribaşvili ABŞ Müdafiə nazirinin müavininin müşaviri Laura Kuperlə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, görüş zamanı Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığın gücləndirilməsi, Gürcüstanın müdafiə qabiliyyətinin inkişaf etdirilməsi kimi məsələlərlə bağlı danışıqlar aparılıb.

Bundan başqa, Gürcüstanın Müdafiə nazirinin ABŞ-a yaxın gələcəkdə planlaşdırılan səfəri çərçivəsində imzalanacaq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında çərçivə sazişinin yenilənməsi məsələsi də müzakirə olunub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date