Haker hücumuna görə Putinin çıxışı 1 saatlıq təxirə salınıb

Haker hücumuna görə Putinin çıxışı 1 saatlıq təxirə salınıb
# 17 iyun 2022 15:08 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı bir saatlıq təxirə salınıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bunun Forumun akkreditasiya sistemlərinə güclü DoS hücumları səbəbindən atıldığını bildirib.

Onun sözlərinə görə, Putinin forumun plenar iclasındakı çıxışı yerli vaxtla saat 15:00-a keçirilib.

“Bu vaxta qədər Forumun plenar iclasına girişlə bağlı problemlər aradan qaldırılacaq və iclasda iştirak etməli olan hər kəs iştirak edə biləcək”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR