Hindistan ukraynalılara yardım aparan təyyarəni qəbul etməyib

Hindistan ukraynalılara yardım aparan təyyarəni qəbul etməyib
# 21 aprel 2022 08:29 (UTC +04:00)

Hindistan hökuməti ukraynalı qaçqınlara humanitar yardım aparacaq Yaponiya hərbi təyyarələrinin ölkə aeroportlarından yük götürməsinə icazə verməyib.

APA-nın Kyodo agentliyinə istinadla xəbərinə görə, rəsmi Tokio bunu koordinasiyanın yetərsiz olması ilə izah edib.

BMT-nin müvafiq qurumları ilə əldə edilmiş razılığa görə, ukraynalılar üçün nəzərdə tutulmuş humanitar yükləri götürmək üçün Yaponiya təyyarələri Hindistan və BƏƏ-nin hava limanlarına enməli idi. Buradan yük götürən təyyarələrin istiqaməti Polşa və Rumıniya idi. İşçi görüşdə bu varianta razı olan Hindistan aprelin 20-də razılıqdan qəti şəkildə imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR