Hindistanın Maxaraştra ştatında ağır yol qəzası baş verib.
APA TASS-a istinadən xəbər verir ki, Selsura şəhəri yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil körpüdən aşıb.
Nəticədə yerli tibb kollecinin 7 tələbəsi, o cümlədən regional parlament üzvünün oğlu həlak olub.
Hökumət ölən tələbələrin ailələrinə 2,6 min dollar kompensasiya ödəyəcək.