Hulusi Akarla Hakan Fidan Moskvada rusiyalı və suriyalı həmkarları ilə görüşüb - YENİLƏNİB

Hakan Fidan, Hulusi Akar

© APA | Hakan Fidan, Hulusi Akar

# 28 dekabr 2022 19:04 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri və MİT rəhbərinin Rusiyaya nə üçün səfər etdikləri məlum olub.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 28-də Moskvada Rusiya Federasiyası, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib.

Hər üç ölkənin kəşfiyyat rəhbərlərinin də qatıldığı danışıqlarda müdafiə nazirləri regionda sabitləşmə üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.

Rusiya Federasiyası, Suriya və Türkiyənin MN başçıları Moskvada Suriya böhranını və bu ölkədə ekstremistlərlə mübarizə tədbirlərini də müzakirə ediblər.

***

18:45

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvada səfərdədir.

APA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Onların Rusiya paytaxtında bir sıra görüşlər keçirəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR