İnquşetiyalı polisin qətlində şübhəli bilinən şəxs müəyyən edilib

İnquşetiyalı polisin qətlində şübhəli bilinən şəxs müəyyən edilib
# 06 noyabr 2019 13:39 (UTC +04:00)

İstintaq zamanı İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri, polis mayoru İbrahim Elcarkiyevin qətlində şübhəli bilinən şəxsin 46 yaşlı İnquşetiya sakini Kureyş Katoyev olduğu müəyyən edilib.

APA-nın Moskva müxbirinin Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, K. Katoyevin hadisədən sonra Moskva-Xasavyurt avtobusu ilə Dağıstana getdiyi ehtimal olunur.

Qeyd edək ki, noyabrın 2-də Moskvanın Akademik Anoxin küçəsində silahlı insident nəticəsində İnquşetiya Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev və qardaşı odlu silahla qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR