Rusiyada 700 min hektardan çox meşə sahəsi yanır

Rusiyada 700 min hektardan çox meşə sahəsi yanır
  • Clock-gray 11:19
  • calendar-gray 09 Avqust 2019

Rusiyanın İrkutsk vilayətində yanğın 706 min hektardan çox meşə sahəsinə yayılıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumət orqanları məlumat yayıb.

Bir gün öncə mövcud yanğının 710 min hektar ərazini əhatə etdiyi bildirilmişdi.

Yerli orqanlar avqustun 8-də regionda 370 hektar meşə sahəsində 12 yanğın ocağının söndürüldüyünü bildirib.

Bu gün səhər saatlarında 25 min hektardan çox ərazidə 18 yanğın ocağı meydana çıxıb. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date