icaze.e-gov.az portalında 12 minə yaxın qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib

icaze.e-gov.az portalında 12 minə yaxın qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib
  • Clock-gray 00:16
  • calendar-gray 04 Aprel 2020

Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin ilk günü arxada qaldı.  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, proses bu gün, 3 aprel saat 10:00-da başladı. İlk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqləndi.  

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirib. 

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date