İki gün ərzində “Azov” alayının 1000-ə yaxın silahlısı təslim olub

“Azovstal”da təslim olanlar

© APA | “Azovstal”da təslim olanlar

# 18 may 2022 12:16 (UTC +04:00)

Mayın 16-dan indiyədək Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan Ukraynanın “Azov” milli alayının 959 silahlısı təslim olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O, mayın 16-dan bəri ümumilikdə 959 silahlının təslim olduğunu, onlardan 80 nəfərinin yaralı olduğunu vurğulayıb.

Rusiya MN sözçüsü yaralılardan xəstəxanada müalicəyə ehtiyacı olan 51 nəfərin Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdirildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR