İlan adasında Ukrayna bayrağı qaldırılıb

İlan adası

© APA | İlan adası

# 04 iyul 2022 16:06 (UTC +04:00)

Ukrayna Qara dənizin şimal-qərbində yerləşən İlan adasını rəsmi şəkildə öz yurisdiksiyasına qaytarıb.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Natalia Qumenyuk bildirib.

O, adada Ukrayna bayrağının qaldırıldığını bəyan edib: “İlan adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatdırılıb və indi ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”.

Qeyd edək ki, İlan adası fevralın 24-də Rusiyanın nəzarətinə keçmişdi. Rusiya iyunun 30-da adadan çəkildiyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR