İnterpol Serj Sarkisyanın kürəkəninin axtarışını dayandırıb

İnterpol Serj Sarkisyanın kürəkəninin axtarışını dayandırıb
# 08 sentyabr 2022 17:06 (UTC +04:00)

İnterpol Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın axtarışını dayandırıb.

APA xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia”ya Ermənistan Baş Prokurorluğundan təsdiqləyiblər.

Mikael Minasyan 2020-ci ilin martın 17-si təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və 23 mart tarixində İnterpol tərəfindən beynəlxalq axtarışa verilməsi üçün ona qarşı irəli sürülən ittihamla bağlı müvafiq sənədlər və faktlar təqdim olunub.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR