İranda casusluqda ittiham olunan şəxs həbs edilib

İranda casusluqda ittiham olunan şəxs həbs edilib
# 29 noyabr 2022 11:21 (UTC +04:00)

İranda Körfəz ölkələrindən birinə casusluq etməkdə ittiham olunan şəxs həbs olunub.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hörmüzqan əyaləti üzrə nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, Hörmüzqan əyalətinin qərbində təhlükəsizliyə zidd hərəkətlər etmək istəyən və Körfəz ölkələrindən birinə casusluq edən şəxs SEPAH tərəfindən həbs edilib.

Həbs olunan şəxsin kimliyi haqqında əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR