İraqda İŞİD komandiri saxlanıb

İraqda İŞİD komandiri saxlanıb
# 26 sentyabr 2023 03:42 (UTC +04:00)

İraqın təhlükəsizlik xidməti Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirini saxlayıb.

APA xəbər verir ki, bu barədə İraq departamenti “X” (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Diqqətli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə xidmətinin əməkdaşları kürd birləşməsinin əməliyyat şöbəsi ilə birlikdə terror qruplaşmasının komandiri Əbu Baharini Kərkük vilayətində saxlayıblar”, - deyə məlumatda bildirilir.

Departamentin məlumatına görə, Bahari İŞİD qruplaşmasının “xarici” adlandırılan batalyonuna rəhbərlik edib.

Məlumatda, həmçinin qeyd olunub ki, əməliyyat ölkənin Baş naziri, eyni zamanda, İraq Silahlı Qüvvələrinin baş komandanı olan Məhəmməd əl-Sudaninin göstərişi ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR