İrəvan KTMT Baş katibini təlimlərin ləğvi ilə bağlı Katibliyin bəyanatını yoxlamağa çağırıb

Ermənistan XİN

© APA | Ermənistan XİN

# 12 yanvar 2023 16:58 (UTC +04:00)

İrəvan KTMT Baş katibi İmanqali Tasmaqambetovu təşkilatın Katibliyinin Ermənistanda “Sarsılmaz qardaşlıq-2023” təlimlərinin ləğvi barədə rəsmi bildiriş almaması ilə bağlı şərhini ciddi şəkildə yoxlamağa çağırıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi bəyanat verib.

Nazirlikdən deyilib ki, bir müddət əvvəl rəsmi İrəvan KTMT-nin Birləşmiş Qərargahını öz qərarı barədə məlumatlandırıb və təlimlərin keçirilməsinə də məhz qərargah cavabdehdir.

"İlk növbədə onu qeyd etmək istəyirik ki, KTMT-nin icraçı orqanı olan Katiblik, KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurası üzvlərinin bəyanatlarını şərh etmək səlahiyyətlərinə malik deyil. KTMT-yə üzv dövlətlər Katibliyin bu dövlətlərin hərəkətləri və qərarları barədə hər hansı bir şərh verməsini gözləmir. Belə ki , Katibliyin vəzifələri Təşkilatın nizamnamə sənədlərində aydın şəkildə göstərilib. Katiblik KTMT orqanlarının fəaliyyətini təmin etmək üçün təşkilati, informasiya, analitik və konsultativ dəstəyi həyata keçirən işçi orqandır", - XİN vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR