İrəvan metrosuna bomba qoyulması xəbəri yalan olub - YENİLƏNİB

İrəvan metrosuna bomba qoyulması xəbəri yalan olub - YENİLƏNİB
# 14 avqust 2022 22:12 (UTC +04:00)

İrəvan metrosunun bütün stansiyalarına bomba qoyulduğu iddia edilən xəbərin yalan olduğu üzə çıxıb.

APA xəbər verir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat xidmətindən bildirilib.

“Axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib. Saat 21:30-da metroda iş bərpa olunub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu gün saat 16:46-da Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosunda bütün stansiyalara bomba qoyulması barədə xəbər yayılmışdı.

***

Saay 18:04

İrəvan Metropoliteni işini dayandırıb.

APA-nın "armeniasputnik.am”-a istinadən verdiyi xəbərə görə, bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olması ilə əlaqədar metronun hərəkəti dayandırılıb.

Hazırda sərnişinlər evakuasiya edilir.

Qeyd edək ki, bundan əvvəl avqustun 2-də bütün metro stansiyalarının minalanması ilə bağlı xəbərlə əlaqədar İrəvan Metropoliteninin işi dayandırılıb. Ancaq yoxlamalar zamanı bu, təsdiqini tapmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR