İrəvanda aksiyaçılar hökumət binasına çatıb, 117 nəfər saxlanılıb - YENİLƏNİB-2

İrəvanda aksiyaçılar hökumət binasına çatıb, 117 nəfər saxlanılıb - YENİLƏNİB-2
# 03 may 2022 13:45 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirən müxalifət tərəfdarları hökumət binasına gəlib çatıblar.

APA RİA Novostiyə istinadən xəbər verir ki, polis əməkdaşları hökumət binasını dövrələyib.

İrəvanın mərkəzində etiraz aksiyalarında saxlanılanların sayı 117-yə çatıb.

“Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan yerli vaxtla 19:00-da “Fransa” meydanında mitinq keçiriləcəyini bəyan edib.

***

11:38

Ermənistanın paytaxtı İrəvan şəhərinin küçələrində nəqliyyatın hərəkəti bərpa olunub.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

***

10:30

İrəvanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında təxminən 70 nəfər saxlanılıb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

***

09:57

Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir.

APA TASS-a istinadən xəbər verir ki, hazırda etirazçılar İrəvanın mərkəzində bir sıra küçə və prospekti bağlayıb.

Artıq Ermənistan Polisinin xüsusi təyinatlıları etirazçıları saxlamağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR